İdman

Synergy Baku İtaliyada uğurla çıxış edir

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” İtaliyada təşkil edilən sayca 31-ci “Coppi e Bartali” yarışında uğurla çıxış edir.  

İdmanxeber.com-un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı 4 mərhələdən ibarətdir və 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın “Team Sky” Dünya Turu, Rusiyanın “Gazprom RusVelo”, İtaliyanın “Southeast-Venezuela”, “Bardiani-CSF”, “Androni Giocattoli” və “Nippo-Vini Fantini”, Belçikanın “Topsport Vlaanderen-Baloise” kimi peşəkar kontinental komandalar var.  

Yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 km məsafəni 3 saat, 34 dəqiqəyə qət edib və fotofinişə əsasən 3-cü nəticə göstərib. Bundan başqa, “Synergy Baku” nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “yaşıl köynəy”i də 2-ci mərhələdən etibarən ələ keçirib – Kiril Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.  

Bu gün keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 164 km məsafə qət edəcəklər.

Qeyd edək ki, “Synergy Baku” “Coppi e Bartali” yürüşündə Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyətlə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43