İdman

Tale Heydərov: “Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq”

“Qəbələ” klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Ronaldinyonun iştirakı ilə Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib. Tədbirdə braziliyalı ulduzla yanaşı “Qəbələ” klubunun prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” akademiyasının direktor müavini Nail Kərimov iştirak edib.

İdmanxeber.com xəbər verir ki, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov səfərdə məqsəd Ronaldinyo Akademiyasının açılması olduğunu bildirib: “Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq. Bu gün imkan oldu. Bakıya səfər etdiyinə görə çox sevinirik. Qəbələdə belə bir akademiya olsa da, Bakıda da yaradılmasını məqsədəuyğun saydıq. Ümidvarıq ki, bu akademiya gənclərin futbola marağını artıracaq. Bundan başqa, Ronaldinyo öz fəlsəfəsini quracaq, şəxsən iştirak edəcək”.

T.Heydərov deyib ki, akademiyanın harada yerləşəcəyi hələlik məlum deyil: “Bununla bağlı danışıqlar aparılacaq və qərar verəcəyik. AFFA bizə dəstək verəcəyinə söz verib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43