Ölkə futbolu

“Toşak qoca vaxtından bu qədər pulu qoyub hara gedəcək?” – MÜSAHİBƏ

Avropa Liqasının II təsnifat mərhələsində Hayfanın “Makkabi” klubuna 0:8 hesabı ilə uduzduqda sonra “Xəzər Lənkəran”dan kənarlaşdırılan rumıniyalı yarımmüdafiəçi Adrian Pitin müsahibəsi

– Hal-hazırda hardasız?

– Rumıniyada. Evdə istirahət edirəm.

– “Xəzər Lənkəran”la problemi həll edə bildiz?

– Xeyr. Uzun müddət Azərbaycanda qalsam da, problemi çözmək mümkün olmadı. Elə klubun ofisinə getdim, gəldim… Amma dəyişən heç nə olmadı.

– Sabiq komandanızın oyunlarına baxırsız?

– Baxıram. Deməliyəm ki, Con Toşak “Xəzər Lənkəran”ı pis hala salıb. O, komandadan getməsə, heç nə düzəlməyəcək.

– Toşak yeni gələndə sizin oyununuzu bəyənirdi…

– O, pulu xoşlayır. Artıq qocalıb. Özünə iş yeri tapa bilmir. Gəlib “Xəzər Lənkəran”a. Burda ona yaxşı pul verirlər. Ona görə də komandada qalmaq istəyir. Qoca vaxtından bu qədər pulu qoyub hara gedəcək? Gəldi, komandada 10 futbolçunu göndərdi.

– Bəs rəhbərliklə öz probleminiz haqqında danışmamısız?

– Yox. Vitse-prezident Tuyqun Nadirovla danışmışam. O, vəziyyəti düzəltməlidir. Mən niyə futbolsuz qalmalıyam? Peşəkar futbolçuyam, oynamaq istəyirəm.

– Tuyqun Nadirovla da probleminiz var?

– Yox, mənim problemim təkcə Toşakdır.

– Komanda 5 oyunda bir qələbə qazana bilməyib…

– Çünki Toşakın vecinə deyil ki, komanda qələbə qazansın. İnsanda qürur olmalıdır. Onda qürur yoxdur. O nə komandanı, nə də azarkeşləri düşünür. Sadəcə, pulu düşünür. Bu adam azarkeşləri, komandanı qətiyyən saymır. Fikri-pul, pul, pul…

– Bəs, rəhbərlik onu niyə göndərmir?

– Bilmirəm.

– Sabiq baş məşqçiniz olmuş Mirça Redniklə aranızda problem var idi?

– Redniklə heç vaxt problemim olmayıb. Amma demişdi ki, biz ona qarşı qruplaşma yaratmışıq. Guya mən, Kamran Ağayev və Elvin Beçiri ona qarşı birləşib, onu komandadan göndərmək istəmişik. Amma belə şey olmayıb. Axı bu necə ola bilər? Biz futbol oynamaqla məşğul idik.

– Ümumiyyətlə, onun “Xəzər Lənkəran”a baş məşqçi gəlməyini istərdiz?

– Əlbəttə. O, dahi bir məşqçi idi. Amma xarakterində bəzi problemlər var idi.

millifutbol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43