l Divizion

“Turan-T” öz meydanında səfər qələbəsi qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda 15-ci tura start verilib. Günün tək oyununda “Turan-T” “Şəmkir”lə qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada “Şəmkir” nominal ev sahibi olsa da rəqibinə 0-2 hesabı ilə məğlub olub. Tovuz təmsilçisinin heyətində Fərmayıl Əliyev (d.31) və Rəşad Piriyev (d.67) fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43