Kateqoriyasız

Türklərin baş məşqçisi: “Futbolçularıma inamım sonsuzdu”

Ötən gün 2018-ci ildə Rusiyada keçiriləcək Dünya
Çempionatının püşkatma mərasimi baş tutub.
 

İdmanxeber.com-un məlumatına görə,  qardaş ölkə Türkiyə
millisi  İslandiya,Xorvatiya,
Ukrayna və Finlandiya ilə “İ”qrupunda yer alıb.
 

 Türklərin baş məşqçisi Fatih Terim yer aldıqları qrup haqqında danışıb.

“Bu qurupdan
çıxacağımıza inanıram. Futbolçularıma inamım sonsuzdu. Hər gün əlavə təcrübə
qazanırıq. Milli komana tədricən öz oyununu tapır, yüksəlişə doğru irəliləyir. Bu
da hamımıza ümid verir. İstədiyimiz oyunu sərgilədikdən sonra dünyada məğlub
edə bilməyəcəyimiz rəqib qalmaz”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43