İdman

Usain Boltun Pekin Olimpiadasında qazandığı qızıl medal əlindən alındı

Usain Boltun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4×100 metr yarışında qazandığı qızıl medal əlindən alınıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxmasıdır.

Testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının – U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Bu qərardan sonra U.Boltun 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4×100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən göstəricisi də qüvvədən düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43