Dünya futbolu

“Valensiya”nın baş məşqçisi istefaya göndərilib

İspaniyanın “Valensiya” klubunun baş məşqçisi Pako Aestaran istefaya göndərilib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə qərar klubun direktorlar şurasının iclasında qəbul olunub.

İstefaya səbəb kimi “yarasalar”ın yeni mövsümün startındakı qeyri-qənaətbəxş nəticələri göstərilib. Baş məşqçi səlahiyyətlərinin icrası daha çox Voro kimi tanınan Salvador Qonsalesə tapşırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43