İdman

Vaqif Cavadovun yeni klubu bəlli oldu (RƏSMİ)

Millimizin sabiq hücumçusu Vaqif Cavadovun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın sabiq üzvü karyerasını  bundan sonra AZAL-da davam etdirəcək.

28 yaşlı futbolçu ilə klub arasında bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43