İdman

“Xama Billiat çox güman ki, “Qarabağ”da çıxış edəcək”

Cənubi Afrika Respublikasının (CAR) “Mamelodi Sandaunz” klubunun futbolçusu Xama Billiatın meneceri futbolçunun “Qarabağ”la danışıqlarının davam etdiyini bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, X.Billiatla ABŞ-ın “Los Angeles Qalaksi” klubunun da maraqlandığını qeyd edib.

“Bir neçə xarici klub Billiatla yaxından maraqlanır. Bu klublardan biri də ABŞ-ın “Los Angeles Qalaksi” komandasıdır. Billiat gələn il xaricdə oynayacaq. O, Cənubi Afrikada qalmayacaq. Futbolçu indi də “Qarabağ”ın gündəmindədir və danışıqlar da yaxşı keçir. Hücumçu çox güman ki, “Qarabağ”da çıxış edəcək”, – futbolçunun menecer deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43