İdman

Qadınlardan ibarət millimiz FİFA reytinqində gerilədi

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığması cədvəldə 67-ci pillədə qərarlaşıb.

Millimizin hesabında 1360 xal var. Komandamız sonuncu dəfə ötən ilin dekabrında açıqlanan cədvəllə müqayisədə 2 pillə geriləyib. Belə ki, Fil Dişi Sahili və Paraqvay yığmaları millimizi arxada qoyub. Bu iki komanda böyük sıçrayışa nail olub.
 Qeyd edək ki, FİFA reytinqinə ABŞ başçılıq edir – 2115 xal. İngiltərə 2042 xalla 2-ci, İspaniya 2035 xalla 3-cüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43