Dünya futbolu

Xames “Real”ı tərk etməyəcək

Xames Rodriges “Real”la yeni müqavilə imzalaya bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “As” nəşri məlumat yayıb.

Məlumata görə, Xamesin əsas rəqiblərindən olan İskonun “Real”ı tərk edəcəyi gözlənildiyi üçün “kral klubu” Xameslə müqaviləni yeniləməyi düşünür. Belə ki, İskonun müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Madrid təmsilçisi futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyi. Bu səbəbdən onlar Xameslə müqaviləni artırmaq istəyirlər. Xatırladaq ki, Xames Rodrigesin “Real”la müqaviləsi 2020-ci ildə başa çatacaq.

Qeyd edək ki, komandada əsas heyətə düşməkdə çətinlik çəkən X.Rodrigesin komandadan ayrılacağı gözlənilirdi. Bir müddət öncə yayılan məlumata görə, İtaliyanın “İnter” klubu futbolçunu heyətinə qatmaq istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43