Premyer Liqa

“Xəzər Lənkəran” AZAL-la bacarmadı – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünə start verilir.

İdmanxeber.com-un məlumatına görə, 2 aylıq fasilədən sonra ilk dövrənin ilk matçının start firi Biləcəridə səslənəcək.

Ümumilikdə bu gün iki matç baş tutacaq. İlk oyun "Bakı" və "Simurq" klubları arasında oynanılacaq. 

Yeni mövsüm öncəsi əsas heyətinin aparıcı üzvlərini itirən "zolaqlılar"ın 2Simurq" qarşısında hansı nəticə qazanacağı maraqla gözlənilir.

Günün maraqlı qarşılaşması isə Şüvəlanda olacaq. "AZAL Arena"da AZAL yenilənmiş "Xəzər Lənkəran"ı qonaq edəcək.

Yeni mövsümə çempionluq iddiası ilə başlayacaq XL-in "təyyarəçilər"ə qarşı necə oyun sərgiləyəcəyi də maraqla gözlənilir.

Azərbaycan Premyer Liqası

1-ci tur

9 avqust (şənbə)

18:00. Bakı – Simurq (təxirə salındı)

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

20:00. AZAL – Xəzər Lənkəran 1:1

Qollar: Rauf Əliyev, 35, Toni Kostodinov, 74

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.

Bakı. "AZAL Arena".
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43