Premyer Liqa

“Xəzər Lənkəran” bizdən çox güclüdür”

Topaz Premyer Liqasının 25-ci turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Rəvan” oyunun son dəqiqələrində vurduğu qolla rəqibini 2-1 hesabı ilə məğlub etdi.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “”Xəzər Lənkəran” oyuna yaxşı başladı. Rəqib əla komandadır, bizdən çox güclüdür. Buraxılan qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində qurduq. Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək istəyirik. Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam. Buraya futbol adına nəsə etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa rəhbərlik məni göndərər. Məşqçinin bəhanəsi olmamalidir. Nəticə varsa, işinə davam etməlidir, əks halda getməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43