Ölkə futbolu

“Xəzər Lənkəran” məşqlərə start verdi – FOTO

Üç günlük istirahətdən sonra “Xəzər Lənkəran” ötən gün bir araya gəlib. Lənkərandakı hazırlıqdan sonra qısamüddətli istirahətə buraxılan “ağ- yaşıllar” axşam saatlarında Milli olimpiya komandalarının təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxıb.

Con Toşakın rəhbərliyi altında keçirilən məşqdə milli komandalarda olan 5 futbolçumuzdan savayı bütün futbolçular iştirak edib. Bir saat davam edən hazırlıqda futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər.

Qeyd edə ki, “Xəzər Lənkəran” bu gün səhər saatlarında növbəti məşqinə çıxacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43