Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi” ilə oyuna hazırlaşır

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXI turunun hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” tur çərçivəsində baş tutacaq mövsümün üçüncü “Böyük oyun”una hazırlaşır.

Səfərdə “Neftçi” ilə qarşılaşacaq cənublular matçın hazırlığına Lənkəranda start verib. Məşqlər gündə iki dəfə olmaqla davam etdirilir.

Komandanın iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən “ Böyük oyun” u buraxmalı olacaqlar. Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlığını keçirəcək “Xəzər Lənkəran” həmin gün paytaxta üz tutacaq.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu fevralın 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43