Ölkə futbolu

“Xəzər Lənkəran”da ciddi itki

Premyer Liqanın XVI turunda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.

Belə ki, komandanın aparıcı üzvü Alvaro Silva AZAl-la oyunun 65-ci dəqiqəsində sarı kart alaraq  cəzalı duruma düşüb. Sözügedən futbolçu paytaxt klubuna qarşı forma geyinə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43