Kateqoriyasız

“Xəzər Lənkəran”da daha bir ciddi itki

Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran”, noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirməkdədir. 

İdmanxeber.com-un məlumatına görə, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir. Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla  xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandaya kömək edə bilməyəcək.

Bu arada “Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-də saat 16.00 da AZAL Arenada start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43