Ölkə futbolu

“Xəzər Lənkəran”da imza günü

“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına tam aydınlıq gəlib. Cənub təmsilçisi türkiyəli mütəxəssis Mustafa Dənizli ilə bu gün rəsmən müqavilə imzalayacaq. 

Klubdan idmanxeber.com-a verilən məlumata görə, çalışdırıcı rəsmi müqaviləyə qol çəkdikdən sonra  futbolçulara təqdim olunacaq. Təqdimetmə mərasimində klubun prezidenti Mais Mənsimov da iştirak edəcək. 

Yeni baş məşqçi bu gün komanda ilə ilk məşqinə də çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43