Dünya futbolu Milli komanda

Xorvatiya – Azərbaycan görüşünə bolqarıstanlı hakim

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan görüşünün hakimi müəyyənləşib. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.

Xorvatiya – Azərbaycan matçı martın 21-də saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43