Dünya futbolu

Xorvatiyada ciddi itki – millimizə qarşı oynamayacaq

AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığması növbəti ciddi itki ilə üzləşib.

İtaliya mətbuatının məlumatına görə, millinin baş məşqçisi Zlatko Daliç martda Azərbaycan və Slovakiya ilə matçlarda komandanın aparıcı oyunçusu Şime Vrsalkonun xidmətindən yararlana bilməyəcək.

Dizindəki zədəyə görə əməliyyat olunacaq 27 yaşlı futbolçunun təxminən 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, müdafiəçi üçün mövsüm artıq başa çatıb.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək. Xorvatların digər aparıcı müdafiəçisi Deyan Lovren isə cəza səbəbindən yığmamıza qarşı oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43