Kateqoriyasız

Xorvatiyanın baş məşqçisi: “Futbolçularımdan xahiş etmişdim ki…”

Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç millimizi darmadağın etdikləri matçı şərh edib.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis belə bir nəticəni gözləmədiklərini bildirib:

“Belə nəticəni heç kim gözləmirdi. Futbolçularımdan xahiş etmişdim ki, erkən qol vursunlar. Bunu bacardıq, sonda isə möhtəşəm nəticə qazandıq. Azarkeşlərimizi sevindirməyi bacardıq. Amma oyunun sonlarında tempi çox aşağı salmışdıq. Uşaqları başa düşürəm. Çünki sabah klublarına qayıdacaqlar. Komandamın hər bir üzvünə təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43