Kateqoriyasız

“Yanq Boyz” Bakı səfəri öncəsi son sınağına çıxır

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” bu gün İsveçrə çempionatında növbəti matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Bern təmsilçisi səfərdə “Sion”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Yanq Boyz” keçirdiyi 5 oyundan sonra 6 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43