Kateqoriyasız

Fatih Terimin köməkçisi işləmiş məşqçi “Şəmkir”də

Türkiyə yığmasında Fatih Termin köməkçisi işləmiş Cenk Özcan 23-30 avqust tarixində 1-ci divizionda mübarizə aparan  “Şəmkir” klubunun təlim-məşq toplanışında iştirak edəcək. 

İdmanxeber.com-un məlumatına görə, Şəmkirdə futbolun inkişafı üçün dəvət olunan məşqçinin keçəcəyi təlimlər klub rəhbərliyi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Cenk Özcanın son iş yeri Super Liqa təmsilçisi “Gənclərbirliyi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43