Kateqoriyasız

“Panatinaikos”un baş məqşçisi: “Qəbələ”yə qalib gələcəyimizə əminəm”

“Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə cavab matçında qələbə qazanacaqlarına əmin olduğunu bildirib.

İdmanxeber.com-un məlumatına görə, 42 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları deyib:

“Bakıda yaxşı müdafiə olunduq. Lakin cavab görüşündə hücum xəttini daha da təkmilləşdirməliyik. Doğma meydanda “Qəbələ”yə qalib gələcəyimizə əminəm. Sabah superliqada ilk oyunumuza çıxacağıq. Yeni mövsümə qələbə ilə başlamaq bizim üçün çox önəmlidir”.

Xatırladaq ki, avqustun 27-də keçiriləcək “Panatinaikos” və “Qəbələ” arasında cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43