İdman

Yoahim Löv: “Hər komanda bunu bacarmaz”

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Bundestim 5:1 hesabı ilə qalib gələrək, qrupu maksimum nəticə ilə başa vurub.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonrakı mətbuat konfransında Löv fikrini bu sözlərlə davam etdirib: “Hər komanda bunu bacarmaz. Bizdə rəqibin kimliyinin fərqi yoxdu. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi”.

– 10 qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədi?
– Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki aylar tez keçir. Çünki dünya çempionatı başqa yarışdı.

– İlk hissədə bir epizodda əsəbləşdiniz…
– İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.

– Noyabrda test oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədi?
– Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komanalarla ona qarşı oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur. 

– Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?
– Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda bizi ilk pillədə görürlər.

– Dünya çempionatına qədər heyədə dəyişikliklər ola bilərmi?
– Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43