Dünyadan

“Yuventus” bir çox klubun arzusunu ürəyində qoydu

“Yuventus” nəhəng klubların hədəfində olan futbolçusu Pol Poqba ilə müqavilə yeniləyib.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” fransız yarımmüdafiəçi ilə 2018-ci ilədək müqavilə imzalayıb.

Sözləşmənin detalları haqda yaxın günlərdə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, 21 yaşlı futbolçu 2012-ci ildən “Yuventus”un şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43