Ölkə futbolu

Zaur Axundov: “Kimsə Raufla müqavilə imzalamaz”

“Komandadan razı qaldım. İtkilərə baxmayaraq əla oynadıq. Bərabərlik qolu üçün də şanslarımız var idi. Bizim problemlərimiz var. Amma uşaqlar əllərindən gələni etdilər. Hamısına təşəkkür edirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” ilə keçirilən oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Axundov komandanın hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna transferindən də danışıb: “Rauf insanlığa sığmayan hərəkət etdi. O, komandada qalmalı idi. Çünki Raufun 2018-ci il iyunun 30-na qədər bizimlə müqaviləsi var. Niyə Albaniyaya çıxıb gedib bilmirəm. Uşaq kimi hərəkət edir. Biz Albaniya klubuna onum qüvvədə olan müqaviləsini də göndərdik. FİFA qaydalarını bilirlər. Kimsə onunla müqavilə imzalamaz” (Sport24.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43