Kateqoriyasız

“Zenit”in yetirməsi Azərbaycan klubunda

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Tovuz təmsilçisi Rusiya “Zenit”inin yetirməsi Ayxan Hüseynovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Rusiyada “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod” komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43