İdman

Zinəddin Zidan “Yuventus” oyunu öncəsi Ronaldonu qoruyur

La Liqanın 30-cu turu çərçivəsində səfərdə “Las Palmas”ın qonağı olacaq “Real” Madrid Kriştiano Ronaldodan məhrum qalacaq.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan portuqaliyalı ulduz futbolçuya istirahət verəcəyinin açıqlayıb. Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində “Yuventus”la qarşılaşacaq ispan təmsilçisi Ronaldonu zədədən qorumağı düşünür.

Qeyd edək ki, “Yuventus” – “Real” görüşü aprelin 3-ü Bakı vaxtı saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43