Premyer Liqa

“Zirə”nin zədəlisi məşqlərə başlayır

Azərbaycan Premyer Liqasının 25-ci turunda “İnter”lə matçdan əvvəl isinmə hərəkətləri edərkən zədələnən “Zirə”nin müdafiəçisi Yovan Krnetanın vəziyyətinə aydınlıq gəlib.

Idmanxeber.com-un məlumatına görə, serbiyalı dünən MRT müayinəsindən keçib.

Müayinənin nəticəsinə əsasən, arxa xətt oyunçusunun zədəsi elə də ciddi deyil. Krneta sabahdan komandaya qoşulacaq. O növbəti turda “Sumqayıt”la matçda iştirak etmək iqtidarındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43