Dünya futbolu

“Dmitri Nazarovla fəxr edirəm”

Millimizin üzvü Dmitri Nazarov qış fasiləsindən sonra “Aue”nin sərgilədiyi oyunu ilə diqqətləri öz üzərinə çəkir.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada 7 qol vurub və bu qolların 6-sını penalti zərbəsi ilə rəqib qapısından keçirib.

Nazarov bu göstərici ilə “Aue”nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 penaltinin hamısını dəqiqliklə yerinə yetirib.

Məsələ ilə bağlı açıqlama verən Erlər Holqer Dima ilə qürur duyduğunu bildirib:

“Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zamanı qapıçılar çıxılmaz vəziyyətdə qalır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43