“Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson “Əl İttifaq”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı klubu 33 yaşlı ingilisin transferini açıqlayacaq. Yarımmüdafiəçi ilə müqavilə 3 illik olacaq.
İyulun əvvəlində “Əl İttifaq”ın başına “Liverpul”un keçmiş kapitanı Stiven Cerrard keçib.
Henderson 2011-ci ildən “qırmızılar”da çıxış edir. 2022/23 mövsümündə o, bütün yarışlarda 43 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib.

