Kateqoriyasız

Əvvəlcə Qurbanov, sonra Qlass

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Aberdin” (Şotlandiya) matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, əvvəlcə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov media nüməyəndələri ilə görüşəcək. Qurbanovun konfransı avqustun 18-də, saat 18:00-da “Azərsun Arena”da təşkil olunacaq.

“Aberdin”in baş məşqçisi Stiven Qlassın mətbuat konfransı da həmin gün keçiriləcək. Şotland mütəxəssisin jurnalistlərlə görüşü saat 19:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Avqustun 19-da keçiriləcək “Qarabağ” – “Aberdin” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu bir həftə sonra Şotlandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43