07 İyul 2026
Ölkə futbolu

“10”nu bacara bilmirik!

Ötən gecə Avropa Liqasına penaltilər seriyası ilə vida edən daha bir klubumuz “Zirə” oldu.

Bununla da Azərbaycan klubları onuncu dəfə avrokuboklarda penaltilər seriyasında uğursuzluqla üzləşiblər.

Son olaraq təmsilçilərimizdən “Sabah” ötən mövsüm Konfrans Liqasında “Partizan”a “lotoreya”da uduzub. 

Ümumiyyətlə, Azərbaycan klubları penaltilər seriyasında heç vaxt gülən tərəf olmayıb. Nə zaman ki, cütün taleyini penaltilər seriyası həll etməli olub, biz həmin “lotoreya”dan məyus ayrılan tərəf olmuşuq.

Klublarımızın avrokuboklarda penalti seriyaları aşağıdakı kimidi:

1998/99 mövsümü, İntertoto kuboku

“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2007/08 mövsümü, İntertoto kuboku

“Daçiya” (Moldova) – “Bakı” – 3:1 (hər iki oyun – 1:1)

2010/11 mövsümü, Çempionlar Liqası

“Lex” (Polşa) – “İnter” – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2012/13 mövsümü, Avropa Liqası

“Asteras” (Tripolis, Yunanıstan) – İnter – 4:2 (hər iki oyun – 1:1)

2014/15 mövsümü, Avropa Liqası

“İnter” – “Elfsborq” (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2020/21 mövsümü, Avropa Liqası

“Keşlə” – “Laçi” (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)

2020/21 mövsümü, Çempionlar Liqası

“Qarabağ” – “Molde” (Norveç) – 5:6 (yeganə oyun – 0:0)

Konfrans Liqası 2022/23 mövsümü

“Qarabağ” – “Gent” (Belçika) – 3:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2023/24 mövsümü, Konfrans Liqası

“Sabah” – “Partizan” (Serbiya) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 2:0)

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43