Premyer Liqa

19-cu turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşdi

Topaz Premyer Liqasında 19-cu turun statistik məlumatları açıqlanıb. InStat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Saşa Stamenkoviç (Neftçi)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tieqo Vilyam (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo (Neftçi), Junior Vilson (Bakı)

Hücumçular – Ernest Nfor (Neftçi), Tiaqo Ribeyro (Rəvan)

Ötən tur topa ən çox nəzarət “Qarabağ” komandasında olub – 65%. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89%). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.

Topaz Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfordur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43