Kateqoriyasız

“Bu, mənim üçün heç bir məna kəsb etmir” – Mahir Emreli

“Uzun müddət idi ki, qol vurmurdum. Baş məşqçimiz mənə inandı və şans verdi. Buna görə qoldan sonra onun yanına getdim. Ona təşəkkürümü bildirdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasında “Napoli”yə uduzduqları oyundan sonra deyib.

O, daha sora sözlərinə belə davam edib:

“Açığı, fərqləndiyim oyunda uduzuruqsa, bu, mənim üçün heç bir məna kəsb etmir. Vəziyyəti analiz etməli, səhvlərimiz üzərində işləməli və irəliyə baxmalıyıq. Müsbət məqamları təkcə qol vurmağımızda deyil, həm də effektiv hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda və məşqdə etdiklərimizdə axtarırıq. Gələcəyə nikbin baxırıq. İnanıram ki, hər şey yaxşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43