Kateqoriyasız

28 may Azərbaycan Xalq Cümuhiriyyətinin il dönümünə həsr olunmuş final matçı başa çatdı

Cənub Regional Futbol Federasiyasının, Lənkəran Gənclər və idman idarəsinin, Lənkəran UGİM -nin və “ZİRVƏ” BİK nun təşkilatçılığı ilə Azərbaycan Demokratik Cumhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş 8-9 yaşli məktəblilərdən ibarət 20 dən yuxarı kənd və şəhər məktəblərini təmsil edən komandalar püşkatmanın nəticələrinə uyğun olaraq 2 yarımqrupa bölündülər.

Əsası 1990-cı ildə qoyulmuş və üç rəgli bayrağımızın ilk dalğalandığı turnirin bu günə kimi davam etməsi və bu keici kubokun bu il hansı məktəbdə aparılması maraq doğurmaya bilməz.

Artıq finalçılar bəllidi. LƏJ kənd məktəbinin rəqibi URGƏ kənd məktəbi komandası ilə gərgin keçən görüşdə 3:2 hesabı ilə URGƏ kənd mətəbi qalib gələrək kuboku öz məktəbinə apardı. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43