Ölkə futbolu

“Kəpəz” “Araz-Naxçıvanı” məğlub etdi – YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”lə üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin qələbəsiylə başa çatıb – 1:2.

Komandalar hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. “Araz-Naxçıvan”  32 xalla 8-ci, “Kəpəz” isə 30 xalla 9-cu pillədədir.

Turun digər oyunları aprelin 6-da və 7-də keçiriləcək.

5 aprel (cümə)

20:00. “Araz-Naxçıvan” – “Kəpəz” 1:2

Qollar: Miço Kuzmanoviç, 16 – Martins Junior, 54, Mate Kvirkiya, 62
“Liv Bona Dea Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43