Kateqoriyasız

7 oyundur qol buraxmayan Emil Balayevdən qələbə şərhi

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev Premyer Liqanın 27-ci turunda səfərdə “Şaxtyor”a qalib gəldikləri (1:0) görüşü şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı qolkiper bunları deyib:

“Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. “Şaxtyor” çox keyfiyyətli futbol nümayiş etdirən komandadır. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundur. Qarşıda bizi “Jetsu” ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük”.

Qeyd edək ki, “Tobol” 58 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43