“Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm”.
Bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç “Sumayıt”la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
“Qəbələ”yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm “Sumqayıt” komandamızdan 4 xal almışdı”.