Uğursuzluq zolağından çıxmaq istəyən "Xəzər Lənkəran" qışda heyətini gücləndirməyi düşünür.
İdmanxeber.com-a etibarlı mənbədən daxil olan məlumata görə, komandanın seleksiyaçı məşqçisi Mario Souza hazırda vətəni Braziliyada "ağ yaşılılar" üçün futbolçu axtarışındadır.
Souza 7-8 futbolçu seçib və onların siyahısını "Xəzər Lənkəran" rəhbərliyinə təqdim edib. Adlarını dəqiqləşdirə bilmədiyimiz oyunçuların əksəriyyəti Cənubi Amerikadandır. Cənublular həmin futbolçularla qışda danışıqlar masasına oturacaq.