Yunanıstan mətbuatı maraqlı iddia ortaya atıb.
İddiaya görə, Türkiyənin “Beşiktaş” klubu “Olimpiakos”un aparıcı üzvü Konstantin Mitroğluya “elçi düşüb”. Bundan öncə Joze Holebas üçün Yunan təmsilçisi ilə görüşən “qara qartal” bu dəfə Mitroğlu üçün klubun qapısını döyüb.
“Liverpul” və “Arenal” kimi nəhəng klubların hədəfində olan təcrübəli futbolçunun “Beşiktaş”ın təklifinə hansı cavabı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Mitroğlu bir müddət öncə açıqlama verərək, İngiltərədə çıxış etmək istədiyini bildirmişdi.