"Sumqayıt"dan ayrılan Nurlan Novruzov ölkəni tərk edib. Futbolçu hazırda Türkiyədədir.
Müqavilə əsasında "Bakı"ya məxsus olan Novruzov “Fəthiyəspor”da baxışdan keçir. PTT 1-ci liqa təmsilçisi futbolçumuzla bağlı yaxın günlərdə qərar verəcək.
Bundan əlavə onu da qeyd edək ki, bir müddət əvvəl "Fəthiyəspor" "Fənərbağça"nı Türkiyə kubokundan kənarlaşdırmışdı.