Gözlənilən olmadı… "İnter" rüsvayçılığı bir kənara, komandanın onun rəhbərliyi altında uğursuz və məzmunsuz çıxışı gedəcəyinə dəlalət edirdi. Ancaq görünən kəndə bələdçi lazım deyil. Müşahidə Şurası onun onların verəcəyi qərara müşahidə etməyini istəyib. Bəli, "o" Arif Əsədovdu.
Əsədov "İnter" rüsvayçılığından sonra getməliydi, qalmamalıydı. Qərarları müşahidə etmək deyil, istefa ərizəsini yazıb, əsl "Neftçi"li kimi getməliydi. Amma əsl "Neftçi"li gedərdi, "o" isə getmədi. "O" "Neftçi"nin uğurunu istəsəydi "gedərdi" yox, getmişdi. AFFA-nın balansına keçən bir klubda "oyuncaq" olmaqdansa, getmək, daha da "batmamaq" lazım idi. Bu qərarı vermək isə hünər tələb edir.
Və qərarlar.. Mirhüseyn Seyidov, Elvin Yunuszadə və Rauf Əliyev transferə çıxarıldı. Sonuncunun "satışa" çıxarılmasını anlamaq olar. Zədə, özünüsübutun reallaşmaması və "artıqlıq". İlk iki futbolçu nədən transferə çıxarıldı? Məlum məsələdi ki, hər iki futbolçu klub prezidenti Sadıq Sadıqovun sevimliləridi. Sadıq Sadıqov və klubda yaradılmış Müşahidə Şurası – tərs mütənasib.
İki "qoçun" başı bir qazanda qaynamaz. Bu oyunda qalib bir "nəfər" olacaq. Təbriklər Şura!
P.S: A.Əsədov "Kubokun finalında başqa "Neftçi" görəcəksiniz. O zaman istefa qışqıranlar bizi alqışlayacaq" – deyib. Bəli, "Qarabağ" kuboku "Neftçi"yə verməlidi. Müşahidə Şurası "Neftçi" adlı hazır bağın bəhrəsini mütləq tez bir zamanda görməlidi. "Qarabağ" çoxdan kubokdan əlini üzüb.
Səxavət Qurbanov

