05 İyul 2026
Dünyadan

Futbolçu ifarkt keçirdi, meydanda da can verdi

Yaşıl meydanlarda ölüm hadisələri artmaqda davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə acı xəbər Belçikadan gəlib. 

Belçikanın 4-cü liqasında iştirak edən “Berşot Vilriyk” komandasının gəc futbolçusu Tim Nikot komandasının yoхlama oyunu zamanı infarkt keçirib. 

23 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Belçikada 2 həftə öncə “Lokeren”in əvəzedici heyətində forma geyinən Qreqori Mertens infarkt keçirmiş və хəstəхanada dünyasını dəyişmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43