05 İyul 2026
Dünyadan

“Bavariya”dan möhtəşəm iddia: “Barselona”ya 4:0 hesabı ilə qalib gələcəyik”

“Bavariya”nın futbolçusu David Alaba “Barselona” ilə oyun öncəsi maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun avstriyalı müdafiəçisi bugünkü oyunda “Barselona”ya 4:0 hesabı ilə qalib gələcəklərini bildirib. Hazırda zədəli olan Alaba bunları deyib:

“Biz cavab matçında 2Barselona”ya 4:0 hesabı ilə qalib gələcəyik. Buna inanıram. Ümid edirəm ki, Berlindəki final matçına qədər bərpa prosesini tamamlayıb, komandaya qoşulacam”.

“Bavariya” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43