“Məndən inciməsinlər, ancaq mən “Neftçi”nin qalib gəlməsini istəyərdim. Hər iki komandaya da uğurlar arzu edirəm. Finala kimi gəliblər, əziyyət çəkiblər”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu İlham Məmmədov deyib.
Paytaxt komandasının veteran futbolçusu “Qarabağ” haqda xoş sözlər də işlədib:
“Keçən il “Qarabağ”ın oyununu izləmişdim, çox yaxşı təsir bağışlamışdılar. Qurban Qurbanovla fəxr edirəm, bizim adımızı ucaldır. Futbolçu dövründə də Qurban hər zaman öz üzərində işləyib”.