FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Millimiz 272 xalla 115-ci pillədə qərarlaşıb.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur.
Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.