28 Dekabr 2024
Kateqoriyasız

Azad Rəhimov: “Sübut olunsa, istefa verərəm”

Bakı Avropa Oyunlarının açılışı ilə bağlı keçirilən tədbirdə Gənclər və idman naziri Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.

İdmanxeber.com-un məlumatına görə, nazir idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı suala belə cavab verib:  

“Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmiz ilә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir. Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Büdcәmiz әvvәlcәdәn 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır. Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir”.

Nazir Avropa Oyunları ilə bağlı nəqliyyat hazırlığından danışıb: “Nәqliyyat sxeminә gәldikdә bizim әsas mәqsәdimiz yaxşı şәrait yaratmaqdı. Bunun üçün işlәr görmüşük. Bununla bağlı xüsusi şirkәt var. İkinci mәqsәdimiz dә odur ki, nәqliyyat sistemini tәnzimlәrkәn yerli әhaliyә çәtinlik yaratmaq istәmirik. Bunun üçün dairә yollarından istifadә etmişik. Fikir verirsizsә, şәhәrin mәrkәzindә sarı xәttlәr yoxdu. Bakı şәhәrindә hәrәkәti tәnzimlәmәk üçün yeni avtobuslar alınıb. Onların sayı 200-dәn çoxdur. İçindә kondisoner var”.//”Qafqazinfo”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43