İstanbul Texniki Universitetində təhsil alan Azərbaycan vətəndaşı İbrahim Fərhadlı üçün yardım kampaniyası başladılıb.
İdmanxeber.com-un məlumatına görə, sümük iliyi xərçəngindən əziyyət çəkən İ.Fərhadlıya “Beşiktaş” klubundan da dəstək gəlib.
Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları – Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik “Beşiktaş” futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.